Mütəxəssislərdən DƏHŞƏTLİ ANONS: Vaksin yoxdur, ən pis vəziyyətə hazır olun - GƏLİŞMƏ

3-07-2020, 11:01           
Mütəxəssislərdən DƏHŞƏTLİ ANONS:
Dünya ölkələri koronavirus peyvəndini əldə etmək üçün araşdırmalar apararkən, Böyük Britaniyada yeni xəbər yayılıb.

Dominant.az xəbər verir ki, Oksford Universitetinin mütəxəssislər əvvəlcə koronavirusla bağlı təcrübələrin artıq insanlar üzərində aparılaraq müsbət nəticə verdiyini bildiribilər.

Peyvəndi yalnız sentyabrda təqdim edəcəyini söyləyən, Oksford Universitetinin mütəxəssisləri sonradan bu fikirlərini geri götürüblər. İnsanları ən pis vəziyyətə hazırlıqlı olmağa səsləyiblər.

İlk nəticələri ümidverici olan və hazırda insanlar üzərində təcrübədən keçirilərək üçüncü mərhələdə olan peyvəndin hazırlanması ilə bağlı Oksford Universitetinin professoru Sarah Gilbert, "Peyvəndin qışda hazır olacağını güman etməyin. Ən pis vəziyyətə hazır olun", - deyə bildirib.

O, insanlardan epidemiyanın qarşısını almaq üçün sosial məsafə və gigiyena tədbirlərini davam etdirmələrini istəyib.

Professor, həm də araşdırmalar nəticəsində peyvəndin insan orqanizmində virusa qarşı immunitet yaratdığını bildirib. Nəticələrdən məmnun olduqlarını söyləyən alim, üçüncü mərhələ sınaqlarının 8 min könüllü üzərində davam etdiyini deyib. Qeyd edib ki, peyvəndin hazır olacağı tarix təcrübənin nəticələrindən asılıdır, lakin bu qrafiki göstərmək mümkün deyil.

Oksford Universiteti tərəfindən hazırlanan AZD1222 peyvəndinin tədarükü "AstraZeneca" şirkəti tərəfindən həyata keçiriləcək. İngiltərədə yerləşən firma keçən ay Almaniya, Fransa və Hollandiyaya 400 milyon dozalıq peyvəndin paylanmasına razılıq verib. Digər tərəfdən, peyvəndin 100 milyonluq dozası ilk növbədə istehsalçı Böyük Britaniya və ABŞ arasında bölüşdürülməsi üçün iki ay öncədən razılaşdırılıb.

Qeyd edək ki, koronavirusa qarşı peyvənd hazırlamaq üçün ayrı-ayrı qruplar halında 135 qrup araşdırma aparır. Potensial peyvəndlərdən 8-i Çində olmaqla, 12-si insanlar üzərində sınaqdan keçirilir.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.