“Pirşağıda 4-5 tualet borusunun ağzına ucuz bir filtr qoymağa pul yox imiş” - VİDEO

6-08-2020, 00:09           
“Pirşağıda 4-5 tualet borusunun ağzına ucuz bir filtr qoymağa pul yox imiş” - VİDEO
Bakının Sabunçu rayonunda, Pirşağı qəsəbəsində çirkab suları çimərliə axıdılır.

Pravda.az-ın xəbərinə görə, ReAl Partiyanın sədri İlqar Məmmədov deyib ki, su təsərrüfatına ildə yüz milyonlarla manat ayrılır, amma Pirşağıda 4-5 tualet borusunun ağzına heç olmasa ucuz bir filtr qoymağa pul yox imiş:“Ya da möcüzə nəticəsində belə pullar kiminsə xaricdə villasına çevrilib. Belə vəhşiliyi görən çimərliklərə gedər? Getsə də, ancaq günəş axtarışında gedər, sudan həmişəlik iyrənər. 12-15 il əvvəl ATƏT Parlament Assambleyasının Qarabağ münaqişəsi üzrə bir məruzəçisi var idi. Onunla bir-iki dəfə restoranda görüşmüşdük. Yaşlı adam idi. Yarı-zarafatla deyirdi ki, millətləri təmizkarlığına görə iki hissəyə bölür: pivə düzəldə bilən millətlər və bunu bacarmayan millətlər - çünki pivə istehsalında təmizlik birinci amildir. Yaxşı ki, onunla Abşeron çimərliklərində görüşməmişdik”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru