“Dünyada belə şirkət analoqu yoxdu…” – Vüsalə Mahirqızı AZAL-ı tənqid etdi

7-08-2020, 17:31           
“Dünyada belə şirkət analoqu yoxdu…” – Vüsalə Mahirqızı AZAL-ı tənqid etdi

“Karantin rejiminin xeyli sualı cavabsız qoyan, müraciət edənə cavab verməyən, ya da “araşdırırıq, cavab verəcəyik” deyib, sonra heç vaxt araşdırması bitməyən qurumları oldu. AZAL böyük qüvvə sərf edərək, hələ ki birinciliyi özündə saxlayır. Pandemiyadan əvvəl alınıb, sonra vətəndaşın özündən asılı olmayan səbəbdən ( yəni karantin elan olunub, sərhədlər bağlandığı üçün) uçuş həyata keçirilməyən biletləri dəyişmək olmur”.

Hokm.az xəbər verir ki, bu sözləri “APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı özünün facebook hesabında yazıb.



V. Mahirqızı bu arzuolunmaz ənənənin artıq adi hala çevrildiyini qeyd edib:

“Müştəri xidmətləri, AZAL rəsmiləri, sayt, telefon arasında danışmaqdan, yazmaqdan, izah etməkdən yorulursan, “araşdırırıq” deyirlər, “araşdırma bitmir”. Çünki araşdırmırlar, guya bunlar indi böhran kommunikasiyası edib, müştərini ümidləndirib, vaxt uzadırlar. Sonra da ümumiyyətlə müştəri ilə əlaqəni kəsirlər. Dünyada belə şirkət analoqu yoxdu, şirkət müştərinin arxasınca qaçmaqdan, müştəridən qaçır. Bu biznesdə AZAL modelidi.

Ən yaxşı kommunikasiya məsələni həll edib, bileti dəyişməkdir. Onsuz da xidmətindən dəfələrlə baha qiymətə bilet satan, əvvəldən müştəri məmnuniyyəti pis gündə olan şirkətə heç kim biletini bağışlamayacaq. Hələ pandemiya dövründəki anlamsız qiymət artımından danışmıram. Camaatın biletini dəyişin, gedib işini gücünü görsün”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.