Vidadi İsayev Zərdaba yas məclisinə gəlib?

10-08-2020, 15:59           
Vidadi İsayev Zərdaba yas məclisinə gəlib?
Gundeminfo.az-a daxil olan məlumata əsasən Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev ötən həftə Zərdab rayonuna yas mərasiminə qatılıb. Daxil olan informasiyaya əsasən həyat yoldaşının yaxın qohumlarından birinin yas mərasiminə qatılan icra başçısı kənddə qurulan yas məclisinə təşrif buyurub. Yaxınlarının yas mərasiminə gələn Vidadi İsayev yas çadırına daxil olmayıb. İnformasiyaya əsasən İcra Hakimiyyətinə məxsus xidməti maşınla Zərdaba gələn başçı uzun müddət avtomobildən düşməyib.

Yas çadırında iştirakdan imtina edib. Xeyli sayda qohumlarının təkidli israrından sonra çadıra daxil olmasa da Vidadi İsayevin məclisdə iştirak etdiyi deyilir.

Yerli sakinlərin dediyinə görə icra başçısı bir mnüddət sonra avtomobilindən düşərək insanların arasında görünüb.

Qeyd edək ki, ölkədə tətbiq edilən pandemiya qaydalarına əsasən kütləvi yas və toy məclislərinin təşkili qadağan edilib. Hər gün regionlardan yas və ya şənliklər təşkil edən şəxslərin cərimələnməsi haqda rəsmi xəbərlər yayılıb. Lakin nədənsə Vidadi İsayevin qatıldığı yas mərasimində iştirak edənlərin cərimə olunmasına dair heç bir rəsmi xəbərə rast gəlmədik.

Xatırladaq ki, bir qədər əvvəl mediada Bərdənin icra başçısının oğluna toy etdiyi barədə xəbərlər yayılmışdı. Lakin icra başçısı yayılan xəbərləri təkzib edərək, toy mərasimi keçirmədiklərini, sadəcə olaraq rəsmi nigah olduğunu bildirmişdi.

Yayılan informasiya ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.