Prezident bu şəxslərlə bağlı qanunu imzaladı: Vəsaitin 43 faizi hesaba köçürüləcək

10-08-2020, 23:40           
Prezident bu şəxslərlə bağlı qanunu imzaladı: Vəsaitin 43 faizi hesaba köçürüləcək
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək.
Teref.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, bu vəsaitdən istifadə qaydasını Nazirlər Kabineti iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.