Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun ekspertlərindən ermənilərə "hədiyyə" - Xəritələrində Naxçıvan Ermənistan ərazisi kimi göstərilir FOTOFAKT

12-08-2020, 10:30           
Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun ekspertlərindən ermənilərə "hədiyyə" -
Bu ölkənin dövlət başçısı öz çıxışlarında daima vurğulayır ki, ermənilərin bura gəlmə olduqları barədə faktları bütün dünyaya yaymalıyıq. Bu istiqamətdə Tarix İnstitutunun fəaliyyətini xüsusi qeyd edir. Amma baxın, başqa təşkilatların ekspertləri nələr edirlər?
Bizə təqdim olunan bu dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun ekspertləri tərəfindən hazırlanıb.
Teref.az xəbər verir ki, ANEA-nın aparıcı elmi işçisi tarixçi alim Dilavər Əzimli araşdırmasını belə başlayıb. Dilavər Əzimli yazır:
Onlara sual edirəm: Bu xəritəni yerləşdirəndə ona diqqət etdinizmi? Təqdim olunan xəritədə Naxçıvan Ermənistan ərazisi kimi verilib. Üstündə də Armyanskoye naqorye yazılıb.
Hiss olunur ki, bu xəritəni Vilkipediyadan götürüblər. Xəritəyə diqqət yetirməyiblər. Bu boyda da səhv olarmı? Bu əməlli-başlı təxribatdır. Hələ bu dərs vəsaitini öz səhifələrində də yerləşdirblər.
Ermənilərə yaxşı "hədiyyə" hazırlayıblar, əhsən!!! Bunun ən böyük səbəbi nazirliklərdə çalışanların ora uyğun yerində oturmamasıdır. Orada normal düşüncəli kimsə olsaydı, bu hal baş verməzdi. Bəlkə sabah Bakını da erməni ərazisi kimi verəcəklər, baxmayacaqsınız? Belə halların baş verməsində daha çox məsuliyyətsizlik özünü göstərir.
Yadınızdadirsa, Azərbaycan Prezidenti Tovuzda muzeydə asılan xəritəyə etiraz etdi. Həmin xəritə də bu gündə idi. İndi biz bundan da sarı cənab Prezidentə müraciət edək? Bu nədir? Gah Azərbaycan tarixi, Türk xalqları tarixi, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı saatlarını azaldır, gah da bu cür dərs vəsaitləri çap edirlər. Bu nə Təhsil siyasətidir?
Mən şəxsən yeni təyin olunan Təhsil nazirindən xahiş edirəm ki, bu dərs vəsaitinin məktəblərdən yığışdırılması barədə göstəriş versin. Biz bunu ondan gözləyirik...
Dilaver Azimli
Teref.az


шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.