"Meliorasiya və Su Təsərrüfatı" ASC -nin elan etdiyi 14 milyon manatlıq tenderin qalibi - Köhnə dostlar yeni adla ....

13-08-2020, 00:07           
"Meliorasiya və Su Təsərrüfatı" ASC -nin elan etdiyi 14 milyon manatlıq tenderin qalibi - Köhnə dostlar yeni adla ....
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması üçün elan etdiyi tenderin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, tenderi "Euroline" QSC qazanıb.
Dövlət qurumu Şəki rayonu ərazisində Kişçay, Şinçay, Daşağılçay və digər çaylarda (Kişçay bölməsi) sahilbərkitmə işlərinin satın alınması üçün "Euroline" QSC ilə müqavilə bağlayıb.

Müqavilənin məbləği 13 milyon 987 min manat olub.
Teref.az olaraq qeyd etmək istəyirik ki, "Euroline" QSC bu yaxınlara qədər “Afgan Holding” adı altında fəaliyyət göstərirdi.
Əldə etdiyimiz məlumata görə, “Afgan Holding” adını və təşkilati-hüquqi forması dəyişərək “Euroline” Qapalı Səhmdar Cəmiyyətə çevrildiyini elan edib.

Bildirək ki, “Afgan Holding”ın təsisçisi Əfqan Məmmədovdur.
P.S. O, Şəkinin Baş Göynük kəndindəndir.

Əmək fəaliyyətinə 2006-cı ildə “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti”nin Kadrlar şöbəsində baş inspektor vəzifəsində başlayıb. Daha sonra peşəkar fəaliyyətini Gəncədə yerləşən qarışıq rejimli cəzaçəkmə müəssisəsində iş icraçısı kimi davam etdirib.

Ə.Məmmədov 2014-cü ildə “Azər Sənaye Tikinti Dəmir Beton Şirkəti” MMC-yə qayıdaraq burada əvvəl mühəndis, sonra isə baş mühəndis vəzifələrini icra edib. Ə.Məmmədov 2016-cı ildə “Afgan Holding” MMC-ni təsis edib.

Əslində şirkət kimi 1999-cu ildən fəaliyyətdə olub. O zaman Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi ilə sahilbərkitmə işlərinin tikintisi ilə məşğul olub.

Belə görünür ki, Əhməd Əhmədzadənin nəzarətində layihələr həyata keçirib. Bəzi iddialara görə, holdinq rəhbərliyi Əhmədzadəyə yaxındır.
Baş idarə Şəkidıə yerləşir.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.