Taksi xidmətləri bazarı inhisara alınır.

13-08-2020, 08:10           
Taksi xidmətləri bazarı inhisara alınır.
Ötən il jurnalistlərə müsahiblərimin birində inhisarçılıqdan bəhs edərkən "bəs ölkədə elə bir sahə varmı monopoliya olmasın" sualına taksi xidmətləri bazarını misal göstərmişdim. Çünki, ötən il taksi xidmətlərinin qiymətləri məhz rəqabətli bazar şəraitinə görə uculaşmışdı. Amma son zamanlar baş verənlər göstərir ki, bu sahədəki xidmətlərdə inhisarçılıq meylləri yaranır.
Teref.az yazır ki, bunu iqtsadçı alım Qubadoğlu öz mqaləsində qeyd edir. Qubad İbadoğlu sonra yazır:
Məlumat üçün qeyd edim ki, ötən il ərzində sərnişindaşıma fəaliyyəti xidmətindən istifadə edənlərin sayı 60-70 milyon nəfərə çatıb. Hər xidmətdən istifadə üçün orta hesabla 5 manat xərclənərsə, bu təxminən ölkədə 300-350 milyon manatlıq taksi xirmətləri dövriyyəsi deməkdir.
Dünən İlham Əliyev “LEVC TX” modelli yeni 100 ədəd "London taksi"lərinin təqdimatını edib. Bildiyiniz kimi pandemiyaya görə, metronun fəaliyyətinin müvəqqəti dayandırıldığı dövrdə ictimai nəqliyyatdakı problemləri həll edən bilməyən Bakı Nəqliyyat Agentliyinin yarıtmaz işi daha çox taksi sürücülərinin işinə yarayır. Hazırda Bakıda on minlərlə şəxs bu xidməti göstərərək ailəsinə çörək pulu qazanır.
Əldə etdiyimiz məlumatlara görə, yaxın zamanlarda Bakıda taksi xidməti göstərən avtomobillərlə bağlı yeni standartlar qəbul olunacaq. Onlardan biri də istehsal ili köhnə olan avtomobillərə taksi xidməti göstərmək üçün qoyulan qadağa olacaq. Bu isə o deməkdir ki, istismar müddəti çox olan avtomobillər bu xidmətdən kənarlaşdırılaraq, sahibləri də bazardan çıxarılacaq.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.