Avtoritar rejimlərdə siyasi elitanın iştirakı olmadan sistemin ağrısız, xaos olmadan tranformasiyası mümkün deyil.

14-08-2020, 15:35           
Avtoritar rejimlərdə siyasi elitanın iştirakı olmadan sistemin ağrısız, xaos olmadan tranformasiyası mümkün deyil.
Avtoritar rejimlərdə siyasi elitanın iştirakı olmadan sistemin ağrısız, xaos olmadan tranformasiyası mümkün deyil.
Bu gün Belarusda baş verən hadisələr bu tezisi bir daha sübut edir:
Rusiya Lukaşenkonun "ərköyünlündən" bezib, ona hər şeyə nəzarət edən güclü diktator lazım deyil - amma Lukaşenkonun qalmasını istəyir, çünki onsuz tranformasiyaya hazırlıq görməyib. İstəyir ki, Lukaşonkonu bəlli çərçivəyə salsın, "İttifaq Dövlətinə" razı salsın, Qərblə son zamanlar yaxınlaşmasını tam kəssin, özündən 100% asılı vəziyyətə salsın.
Qərbə də Avropanın ortasında güclü diktator lazım deyil, amma Lukaşenkonun özü lazımdı ki, ağrısız transformasiya həyata keçirsin, zəiflətsin, Rusiyadan bacardıqca uzaqlaşdırlb danışıq masasına oturdsun.
Ona görə də Rusiyanın "Lukanı" zəiflətmək prosesinə mane olmadı, hətta rus pulu ilə müxalif dalğanın yaranmasına nail oldu - çox maraqlı siyasi texnologiya istifadə etdi.
Belarus xalqı isə yeni nəslin iştirakı ilə səmimi və orqanik şəkildə ölkəsinin dəyişməsini istəyir. Gənclər bu oyunlarda kənarda, öz gündəmi ilə ayaqdadır.
Balarus dəyişəcək - amma bu keçid dövrü Lukaşenkonun iştirakı ilə olacaq. Legitimliyi sual altına düşən, əvvəlki kimi sözün pis mənasında "özbaşlna" ola bilməyən "Batka" masaya oturacaq.
Əgər masa Qərblə quralacaqsa bu zaman Kreml daha aqressiv addımlar ata, hətta vətəndaş müharibəsini alovlandıra bilər.
İndi əsas məsələ bunun qarşısını almaqdır - Kremlin, Qazpromun pulu ilə vəziyyətin çalxalandırılmasından Qərbin yararlanması Moskvanı qəzəbləndirə bilər. İndi seçim Lukaşenkonundur - əgər tarixin onu bağışlamasını istəyirsə, Qərbin iştirakı ilə masa qurub dinc tranformasiyanın əsasını qoymalıdır.
P.S. Biz də tranformasiya bənzər ssenari ilə olacaq. Bu məqama görə həm müxalifət olaraq bizim, həm də iqtidarın Belarusdan çıxaracağımız dərslər var...
Natiq Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.