ATƏT-in Minsk Qrupunun bəyanatının şərhi - Qubad İbadoğludan

31-10-2020, 08:38           
ATƏT-in Minsk Qrupunun bəyanatının şərhi -
ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlərinin altı saatlıq görüşündən sonra qəbul edilən bəyanatı şərhlə təqdim edirəm:
1) Həmsədrlər tərəfləri dərhal humanitar atəşkəs də daxil olmaqla, götürdükləri öhdəliklərə tam əməl etməyə çağırırlar
2) Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki və ya qeyri-hərbi hədəfləri hədəf almayacaqlar
3) Tərəflər Beynelxlaq Qizil Xac Komitəsinə (BQXK) lazımi təhlükəsizlik zəmanətini verərək döyüş sahəsindəki cəsədlərin toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər.
4) Tərəflər bir həftə ərzində BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə olan əsirlərin siyahısını təqdim edəcəklər.
5) Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi üçün mümkün mexanizmlərlə bağlı yazılı şərh və suallar təqdim edəcəklər.
6) Tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparacaqlar.
P.S. 1-ci müddəa deklorativ xarakter daşıyır, təkrar olaraq səsləndirilir. 2-ci müddəa əməl olunarsa bizim xeyrimizədir, çünki, ermənilər qəsdən mülki və ya qeyri-hərbi hədəfləri hədəf alırlar. 3 və 4-cü müddəalar Azərbaycan üçün heç bir narahatlıq yaratmır. BQXK buyursun cəsədləri yığsın və əsirləri də dəyişdirsin. Onsuz da biz irəli getdiyimizə görə onların cəsədləri bizim ərazimizdə qalıb. Bu hərbi-texniki məsələdir. 5 və 6-cı müddəalar göstərir ki, bu görüş də nəticəsiz olub, siyasi razılaşma alınmayıb, çünki yekun və konkret qərar yoxdur, yenə də danışıqlar və müzakirələr davam edəcək. Odur ki, yola davam etmək lazımdır.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.