“Erməni vəhşiliyinin qurbanı olan vətəndaşlarımızın kütləvi məzarlıqları aşkarlanır”

7-10-2022, 00:03           
“Erməni vəhşiliyinin qurbanı olan vətəndaşlarımızın kütləvi məzarlıqları aşkarlanır”
Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib. Məzarlıqda 12 nəfərə aid qalıqlar aşkarlanıb. Üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.
Bundan başqa aşkarlanan qalıqlardan aydın olub ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.
Ekspertlər məsələ ilə bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Millət vəkili Sahib Alıyev bildirib ki, azərbaycanlılara qarşı bu vəhşiliyi törədən ermənilər lənətlənməlidir: “Amma onlardan da çox bütün bu vəhşilikləri görməzdən gələn, haylardan geosiyasi alət kimi faydalananlar lənətlənməlidir. Həmçinin haylardan geosiyasi alət kimi faydalananlardan daha çox isə bu gün həmən çevrələrin tapşırığı ilə milli maraqlarımıza qarşı çıxan, dövlətimizi "təcavüzkarlıq"da suçlandıran, qrant aldıqlarından gələn komandaya uyğun olaraq gah "quzğun", gah da "sülh göyərçininə" çevrilən "azərbaycanlılar"-aramızdakı xainlər unudulmamalıdır”.
Politoloq Turan Rzayev isə vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra işğaldan azad edilən ərazidə təkcə bərpa işləri deyil, eyni zamanda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və taleyinə aydınlıq gətirilməyən vətəndaşlarımız ilə bağlı da araşdırma işləri gedir: “Bu proses çərçivəsində isə ard-arda erməni vəhşiliyinin qurbanı olan vətəndaşlarımızın kütləvi məzarlıqları aşkarlanır. Sonuncu belə kütləvi məzarlıq dünən Xocavəndin Edilli kəndində aşkarlandı.
Belə ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Edillidə aşkarlanan kütləvi məzarlıq erməni həqiqətlərinin üzə çıxması və bu xalqın əsl mahiyyətinin dünyaya sübutu baxımından çox vacib idi.
Bundan öncə də Edillidə bənzər şəkildə kütləvi məzarlıqlar aşkarlanmışdı. Bu baxımdan Edilli kəndi əslində başlanğıc idi və ardının gələcəyi gözlənilirdi. Azərbaycan ordusunun bölmələri Xocalı rayonunun Fərrux kəndini və kəndin ətrafındakı Daşbaşı yüksəkliyini nəzarətə götürdükdən sonra orada səngər qazarkən insan qalıqları aşkar etdi. Dünən isə artıq Edillidə ikinci kütləvi məzarlıq aşkarlandı.
Xüsusi amansızlıqla qətllər
Edillidə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub. Həmin qalıqlar eynilə bundan öncə Fərrux kəndi və Daşbaşı yüksəkliyində aşkarlan kütləvi məzarlıqlar ilə eynilik təşkil edir”.
Onun fikrincə, hazırkı statistikalara görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. Bu o deməkdir ki, hələ aşkarlanmayan kütləvi məzarlıqlar mövcuddur.
Ermənilər öldürülən şəxslərin və işgəncə izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla gizlətməyə çalışıb. Xocavəndin Edilli kəndi və #Xocalı rayonunun #Fərrux kəndininin ətrafındakı Daşbaşı yüksəkliyində aşkarlanan kütləvi məzarlıqlar bunun əyani sübutudur.
Edillidə aşkarlanan qalıqlarından da görünür ki, həmin şəxslərin nəşi qeyri-insani rəfdara məruz qalıb. Həmin şəxslərin bir çoxu xüsusi amansızlıqla öldürülüb.
Mümkündür ki, hələ #Ağdam, #Füzuli, #Xocavənd və #Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar olsun. Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər”.
Siyasi şərhçi Asif Nərimanlı isə diqqətə çatdırıb ki, #Qarabağ və ətraf bölgələrdə torpağın altı belə məzarlıqlarla doludur: “Dünyanın bunları görməməsinə vərdiş etmişik, son sərhəd toqquşmasından sonra Azərbaycanı ittiham edən ölkələrin bu məzarlıq faktının da üzərindən keçəcəyi bəllidir.
İndi yeni trend özümüzdən olanların da məsələ biz olanda səssiz qalanlara qoşulub Azərbaycanı “təcavüzdə”, “erməni əsgərinə qarşı hərbi cinayətlər”də ittiham etməsidir ki, onlar da bu məsələdə heç nə olmamış kimi davranacaq”.
İtkin düşən şəxslərin müəyyən olunması diqqətdə saxlanılır
Politoloq İlyas Hüseynov isə diqqətə çatdırdı ki, Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanması sübut edir ki, bu ərazidə I Qarabağ müharibəsi zamanı hərbi əsirləri saxlayırdılar: “Qalıqlara əsasən demək olar ki, qətl ediləndən öncə hamısının əlləri bağlanıb. Qeyd edək ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub. Hərbi əsirlər üzərində zorakılıq elementlərinin olması da üzə çıxır. Xüsusilə qeyd etmək lazımdır ki, I Qarabağ müharibəsi ilə bağlı 4 minə yaxın soydaşımızın aqibətinin müəyyən olunması ilə bağlı məsələni rəsmi Bakı danışıqlar masasında qaldırır. Cənab Prezident İlham Əliyev hər dəfə humanitar konteksdə bu məsələyə diqqət çəkir və ərazilərin minalanması problemi ilə yanaşı, itkin düşən şəxslərin müəyyən olunması diqqətdə saxlanılır.
Xüsusilə qeyd edək ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır”.
Koordinatlarının Azərbaycan tərəfinə verilməməsinin əsl səbəbi...
Onun sözlərinə görə, istintaqla Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 12 avqust 1949-cu il tarixli #Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozularaq, 1993-cü ildə milli zəmində Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş 25 şəxsin öldürülməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi dəfn edilməsi müəyyən olunub: “Digər tərəfdən, istintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb.
Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib.
Bu gün ölkəmizə qarşı beynəlxalq miqyasda antiAzərbaycan təbliğatı aparan Ermənistanın hərbi-siyasi rəhbərliyi Xocalı, Ağdaban, Malıbəyli, Başlıbel, BağanisAyrım, Qaradağlı ilə yanaşı Edilli qətliamını da törədib. Kütləvi məzarlıqların koordinatlarının Azərbaycan tərəfinə verilməməsinin əsl səbəbi hərbi cinayətlərin üstünün açılacağı ilə bağlıdır. Buna görə də Ermənistanın siyasi elitası cinayətləri ört-basdır etməyə çalışır”.
Asif Nərimanlı
Teref.az




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.