Naxçıvanda dustaqlara NECƏ ZÜLM EDİRLƏR... - DƏHŞƏTLİ FAKTLAR

2-12-2022, 18:46           
Naxçıvanda dustaqlara NECƏ ZÜLM EDİRLƏR... - DƏHŞƏTLİ FAKTLAR
Kəngərli rayonundakı Böyükdüz qarışıq rejimli cəzaçəkmə müəssisəsində rüşvət almaq üçün qeyri-adi üsuldan istifadə olunur. Burada dustaqlara səbəbsiz yerə davamlı işgəncə verilir. İşgəncəni dayandırmaq üçün isə, onlardan rüşvət tələb olunur. TEREF.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a bir qrup keçmiş dustaq və hazırkı dustaqların yaxınları məlumat verib. Şikayətçilər deyir ki, bu işin başında Naxçıvan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov durur və yığılan pullar da ona çatdırılır. O, bu vəzifəyə 2016-cı ildə Ali Məclis sədri Vasif Talıbovun sərəncamı ilə təyin olunub.
Keçmiş dustaq K. Mahmudov deyir ki, 30 günlük həbsxana həyatında gördükləri və başına gətirilənlər onu şoka salıb:
" İçəridə mənə və oraya düşən hər kəsə psixoloji, mənəvi basqılar edir, fiziki güc göstərilirdi. Bəzən elə işgəncə verilirdi ki dustaqların bağırtıları bütün kameralara yayılırdı. Adamları dəyənəklə döyürdülər. Məcbur edirdilər ki, pul versinlər. İşgəncədən qurtarmaq üçün onlar da evlərinə məktub yazıb pul istəyirdilər. Pulu aldıqdan sonra onları rahat buraxırdılar. Məni də 1-2 gün durmadan döyürdülər ki, evə zəng elə, pul gətirsinlər. Qohumlarım gətirib 500 manat verəndən sonra, məni rahat buraxdılar. Pul verməyənləri isə davamlı döyürdülər. Deyirdilər ki, bizlik deyil, Tofiq Həsənov tapşırıb ki, bura düşən hər kəs 500 manat verməlidi”.
Hazırda təcridxananın müvəqqəti saxlanma bölümündə cəza çəkən dustaqlardan birinin qohumu deyir ki, rəhbərlik onların apardığı sovqat üçün də rüşvət tələb edir:
"İçəridə demək olar ki, yemək vermirlər. Bizim apardığımız sovqat üçünsə, rüşvət tələb edirlər. Verdiyimiz sovqatı yarıdan çoxunu da özləri oğurlayıb, yeyirlər. İçəri yeni düşəndə, 500 manat kreditə götürüb, bunlara verdik ki, içəridə şgəncə verməsinlər. Buranı biznesə çeviriblər. Naxçıvanın sahibi, yiyəsi yoxdur. DTX-dan xahiş edirik ki, türmələrdə də yoxlamalar aparsınlar. Burada gestapo rejimidi".
Bu yaxınlarda Naxçıvan Ombudsman Aparatı məlumat yayaraq bildirmişdi ki, Naxçıvandakı həbsxana və müvəqqəti saxlanma təcridxanalarında insan haqları pozuntusu ilə bağlı heç bir pozuntuya rast gəlinməyib.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.