Azərbaycan Avropaya qaz nəqlini artırmaq niyyətindədir

1-06-2023, 00:04           
Azərbaycan Avropaya qaz nəqlini artırmaq niyyətindədir
Azərbaycan artan tələbatı nəzərə alaraq, Avropaya qaz nəqlinin coğrafiyasını genişləndirmək niyyətindədir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü 28-ci “Xəzər neft və qazı” beynəlxalq sərginin və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgisinin açılış mərasimindəki çıxışında bildirib.

Onun sözlərinə görə, təchizat coğrafiyası genişlənəcək, çünki Azərbaycan qazına tələbat artır. Son bir il yarım ərzində 10-dan çox ölkə Bakıya müraciət edərək qaz nəqlinin artırılmasını və ya başlanmasını xahiş edib, Əliyev deyib.

O əlavə edib ki, Avropaya qaz nəqlini artırmaq üçün çox işlər görülməlidir. TANAP (32 milyard kubmetrə qədər) və TAP (20 milyard kubmetrə qədər) qaz kəmərlərini genişləndirmək lazımdır.

“Bizə Avropanın digər boru kəmərləri sistemlərinə, o cümlədən Transbalkan boru kəmərinə maneəsiz çıxış lazımdır”, – Əliyev qeyd edib. Beləliklə, bütün bu məsələlər birgə səylərlə həll edilməlidir, çünki onlar xeyli investisiya tələb edir. “Ona görə, əlbəttə, biz əmin ola bilərik ki, hasil etdiyimiz qazın əlavə həcmi öz istehlakçısını tapacaq”, – Əliyev deyib.

Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən istehsal olunan “yaşıl” enerjinin təchizatçısına çevrilməyi planlaşdırır.

Həmçinin ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrin köməyilə istehsal olunan elektrik enerjisinin və “yaşıl” enerjinin ixracatçısına çevrilməyi planlaşdırır.

Azərbaycan alternativ enerji mənbələrinin mühüm potensialına, əsasən də Xəzərdə öz sektorunda 157 GVT külək enerjisi üçün əhəmiyyətli potensiala malikdir.

Avropaya enerji körpüsünün (Qara dənizin dibilə elektrik kabeli) çəkilməsi layihəsinə toxunan Əliyev deyib ki, elektrik enerjisi nəqlinin həcmi ən azı 4 GVT olacaq.

Azərbaycanın imzaladığı sazişlər və memorandumlar 25 GVT “yaşıl enerji” istehsalını nəzərdə tutur. Alternativ energetikanın inkişafı Azərbaycana qazdan istifadəni azaltmağa imkan verəcək və ölkə qalan həcmləri ixrac edə biləcək.

*17 dekabr 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy sualtı elektrik kabelinin inşası üzrə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar. Kabel Azərbaycanda istehsal olunan “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılmasını, daha sonra Macarıstana və Avropanın qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.