ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb

13-08-2019, 02:24           
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
ABŞ ordusunun hərbçisi İraqda həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Marine Times" məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Dəniz Piyadaları Korpusunnun hərbi qulluqçusu, çavuş Skott Koppenhafer silahlıların açdığı atəş nəticəsində həlak olub. Qeyd edilir ki, 35 yaşlı Kolorado əsilli hərbçi "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində hərbi tapşırığı icra edərkən Neynəva vilayətində ağır xəsarət alıb. O, aldığı xəsarətdən ölüb.

Hərbçinin ölümü ilə bağlı təhqiqat aparılır. Jurnalistlər qeyd ediblər ki, Koppenhafer 2018-ci ildə "dəniz piyadalarının ən yaxşı xüsusi təyinatlısı" seçilib.

O, Dəniz Piyadaları Korpusunda 2005-ci ildən xidmət edib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.