"Torpaqlarımızı azad edək!" - Üzərində bomba olan şəxs bütün Ukraynanı ayağa qaldırdı - FOTO

19-09-2019, 00:00           
"Torpaqlarımızı azad edək!" - Üzərində bomba olan şəxs bütün Ukraynanı ayağa qaldırdı - FOTO
Ukrayna paytaxtında bir neçə saatdır gərgin anlar yaşanır.



BakuPost-un xarici mediaya istinadən məlumatına görə, Kiyevin mərkəzindəkiu "Metro" adlı körpüyə çıxan üzərində bomba olan şəxs Ukrayna ordusunun Danbasdan geri çəkilməsinə etiraz edib.



Əlində silah və bomba öz avtomobolii körpünün üzərinə gələn şəxs daha sonra tələblərini irəli sürüb.



Hadisə yerinə xüsusi təyinatlılar göndərilib. Şəhər polis tərəfindən mühasirəyə alınıb. Əraziyə cəlb edilən hüquq-mühafizə orqanları əməkdaşları ətrafdakı sakinləri təhlükəsiz yerlərə təxliyyə edib.



Həmin şəxs tələb edir ki, Danbasdakı qoşunlar geri çəkilməsin ki, Ukrayna öz torpaqları geri ala bilsin.


Körpünün iki saatdan artıq bağlı qalması bütün şəhərdə hərəkəti iflic edib.


Bir neçə dəqiqə öncə həmin şəxs tərkisilah edilib.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.