Nəqliyyat Nazirliyinin binası bu quruma verildi

9-10-2019, 11:23           
Nəqliyyat Nazirliyinin binası bu quruma verildi
Ləğv edilən Nəqliyyat Nazirliyinin binası Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (Baktelekom) verilib.

Axar.az xəbər verir ki, artıq bir müddətdir “Baktelekom” 2017-ci ildə fəaliyyəti ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilən nazirliyin binasına köçüb.

Binanın üzərində yazılan Nəqliyyat Nazirliyi lövhəsi çıxarılıb, “Baktelekom”un adı və loqosu vurulub.

Xatırladaq ki, Nəqliyyat Nazirliyi 2002-ci ildə ildə yaradılıb. 15 il fəaliyyət göstərdikdən sonra nazirlik 2017-ci ildə ləğv edilərək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.