London polisi insan alveri ilə məşğul olan 17 nəfəri həbs edib

15-11-2019, 08:15           
London polisi insan alveri ilə məşğul olan 17 nəfəri həbs edib
Londonda insan alverinə qarşı aparılan əməliyyat tədbirləri nəticəsində on yeddi nəfər həbs edilib.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, Rumıniya zabitlərinin köməyi ilə Londonun şərqində aparılan əməliyyat zamanı 29 qadın xilas edilib. Həbs olunanlardan 14-ü kişi, 3-ü isə qadındır.

Polis mərkəzindən verilən məlumata görə, birgə təşkil olunmuş əməliyyat tədbirinin əsas məqsədi mütəşəkkil cinayətkar şəbəkəni məhv etmək olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.