Avstraliyada yumurta boyda dolu yağıb - FOTO - VİDEO

18-11-2019, 07:40           
Avstraliyada yumurta boyda dolu yağıb - FOTO - VİDEO
Avstraliyanın Kvinslend şəhərində toyuq yumurtası ölçüsündə dolu yağıb.

"Report" xəbər verir ki, bu barədə "7News" telekanalı bildirib.

Telekanalın məlumatına görə, dolu avtomobillərin, evlərin və müəssisələrin şüşələrini sındırıb.

"The Watchers" portalı isə bildirib ki, "nəhəng dolu və dağıdıcı küləklər" haqqında xəbərdarlıq Qrimpi şəhərindən Brisbenin cənub hissəsinə qədər yaşayış məntəqələrinə aid edilib. Belə hadisələrlə Kvinslend ştatının cənubunda Sanşayn-Kostaların rayonununda sakinləri qarşılaşıblar. Bu halda sürəti saniyədə 16 metrə qədər çatan güclü külək ştatın başqa rayonlarında da qeydə alınıb.


ABC telekanalı öz növbəsində bildirib ki, güclü külək ölkənin cənub-şərqində demək olar, 20 min evielektriksiz qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru