Kilsəyə silahlı hücum planlıyan məktəbli həbs edildi - Polis növbəti qətliamın qarşısını aldı

21-11-2019, 00:38           
Kilsəyə silahlı hücum planlıyan məktəbli həbs edildi - Polis növbəti qətliamın qarşısını aldı
ABŞ-ın Corciya ştatında 16 yaşlı məktəbli qız həbs edilib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, həbs edilən məktəbli qaradərililərə məxsus kilsəyə silahlı basqın etməyi planlayırmış.

The Washington Post nəşrinin məlumatına görə, məktəbli şəxsi gündəliyində Qeynsvill şəhərindəki kilsəyə hücum edəcəyini yazıb. Onun gündəliyini oxuyan sinif yoldaşları polisə müraciət edib. Hadisəyə müdaxilə edən polis şübhəli yeniyetməni həbs edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.