“Turkish Airlines”a məxsus sərnişin təyyarəsi Odessa hava limanına qəza enişi edib

22-11-2019, 06:31           
“Turkish Airlines”a məxsus sərnişin təyyarəsi Odessa hava limanına qəza enişi edib
“Turkish Airlines” - Türk Hava Yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Odessa Hava Limanına qəza enişi edib, bütün sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib.

APA Odessanın "Duma" nəşrinə istinadla xəbər verir ki, İstanbul-Odessa marşrutu üzrə uçan təyyarənin ön eniş mexanizmi sıradan çıxıb.

Qeyd edilib ki, güclü külək səbəbindən pilotlar ilk cəhddə təyyarəni eniş zolağına endirə bilməyib.
Nəşrin yazdığına görə, bu, Odessada gün ərzində ikinci belə hadisə olub. Bundan əvvəl oxşar hadisə özəl şirkətə məxsus “Gulfstream” təyyarəsinin enişində də baş verib. Bu təyyarədə də eynilə həmin problem - eniş qurğusu sıradan çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru