Çörək zavodunda GÜCLÜ PARTLAYIŞ: 11 yaralı

22-11-2019, 09:37           
Çörək zavodunda GÜCLÜ PARTLAYIŞ: 11 yaralı
Qaz çənində baş verən partlayış Meksikanın cənubundakı Oaxaka ştatındakı San-Martin-Meksikapam rayonunda bir çörək zavodunu tamamilə məhv edib.

Hadisə nəticəsində bir uşaq da daxil olmaqla ən az 11 nəfər ağır yaralanıb.

Məlumata əsasən, yaralılar xəstəxanalara və yaxınlıqdakı tibb müəssisələrinə aparılıb.

Hakimiyyət orqanları bələdiyyə və regional polis işçiləri də daxil olmaqla 100 nəfəri axtarış-xilasetmə işlərinə cəlb edib. (trend)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.