Bakıda DƏHŞƏT - Kişi sevgilisinin üzünə benzin töküb DİRİ-DİRİ YANDIRDI

11-12-2019, 19:37           
Bakıda DƏHŞƏT - Kişi sevgilisinin üzünə benzin töküb DİRİ-DİRİ YANDIRDI
"Hər şey daxil"ə zəng edərək Tovuz rayonunun Əlibəyli kəndinin sakini olduğunu bildirən Bayramova Nişanə adlı gənc qadın qeyri-rəsmi olaraq birgə yaşadığı şəxs tərəfindən yandırıldığını bildirib.

Teref.Az Milli.Az-a istinadən xəbər verir ki, qadının efirdə dedikləri verilişin aparıcısı Tarix Əliyev (Tolik) başqa olmaqla hamını dəhşətə gətirib:

"Qeyri-rəsmi yaşadığım həyat yoldaşım 2018-ci ilin noyabrın 15-də mənim üzərimə benzin töküb, məni diri-diri yandırıb. Şikəst qalmışam. Bu vəziyyətdə heç hara çıxa bilmirəm. Hazırda təqsirləndirilən şəxs - Əflatun həbsdə olsa da məni yenə hədələyir. Mənə deyir "Məni qurtar". O, bu dəqiqə içəridən çıxmağa çalışır. Ona iş verilsə də, proseslərində məni hədələyir, qorxudur, zəng edir. Arada bir vasitəçi var idi. Məni aldadıb, məndən barışıq aldılar. Sonra da kömək etmədilər. Mən indi Bakıda xəstəxanadayam. Mənim sifətim, qollarım, sinəmdən yuxarı yanıb. Benzini tökdü, diri-diri yandırdı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru