"Ayağı" polisin əlində qalan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA

12-12-2019, 21:22           
"Ayağı" polisin əlində qalan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA
İnternet xəbər sayıtlarında və sosial şəbəkə hesablarında yük avtomobilini idarəedən əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən video görüntü paylaşılıb.

11.12.2019-cu il tarixdə, Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan 99-SH-688 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Seyidov Ramiz Bayram oğlu yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilmişdir. Yeniavaz.com xəbər vüerir ki, faktla bağlı DİN BDYPİ-dən APA-ya məlumat verilib.

Lakin, R.Seyidov polisin qanuni göstərişinə tabe olmamış və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan manevrlər etməklə hərəkətini davam etdirmişdir.

Qayda pozan sürücünün saxlanılması üçün qanuna müvafiq tədbirlər görülsə də, o, BDYPİ-nin digər stasionar postlarında da YPX əməkdaşlarının həyatı üçün təhlükə yaradaraq növbəti dəfə əmrə tabe olmamışdır.

Nəhayət, paytaxtın “20” Yanvar dairəsində idarə etdiyi yük avtomobilini saxlamağa məcbur olan R.Seyidov, burada YPX əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirmiş, hadisəni izləyən insanların həqiqətdən xəbərsiz olmasından istifadə edərək emosional çağırışlar etmiş və bununla da törətdiyi qanunazidd əməlləri pərdələməyə çalışmışdır.

Digər hərəkət iştirakçılarının daha çox zərər çəkə biləcəyi ehtimalını nəzərə alaraq, zəruri tədbirlər görülmüş və hal-hazırda sözügedən faktla bağlı müvafiq araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.