14 saylı Cəzaçəkmə Müəssisəsində KÜTLƏVİ YOLUXMA - 18 məhbusda COVİD-19 əlamətləri var

10-07-2020, 10:17           
14 saylı Cəzaçəkmə Müəssisəsində KÜTLƏVİ YOLUXMA -
Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində 18 məhbusda COVİD-19 əlamətləri var.

DİA.AZ xəbər verir ki. bu barədə "Amerikanın Səsi"nə Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin koordinatoru Zəfər Əhmədov bildirib.

“Həmin məhbuslara neçə gündür iynə vururlar, amma halları get-gedə pisləşir. Bu gün, iyulun 9-da günorta saatlarında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən gəlib analizlər götürüb aparıblar. Bu saatlarda zonda narahatlıq panika səviyyəsindədir. Koronavirus əlamətləri olan məhbuslar hələ də müəssisənin sanitar-tibb hissəsinə yerləşdirilməyib. Bəzi məhbusların bədən temperaturu 39 dərəcəyədək yüksəkdir,” o qeyd edib.

Sosial şəbəkələrdə həmçinin 2 saylı Cəzaçəkmə Müəssisəsində COVİD-19 inveksiyasına yoluxan məhbusların olduğu barədə də məlumatlar yayılıb.

“Deyirlər koronavirus tüğyan edir. Məhbuslar qəfil yıxılıb huşunu itirir,” Arzu Abdulla Gülzaman adlı "facebook" istifadəçisi səhifəsində yazır.

"Amerikanın Səsi"nin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən və cəzaçəkmə müəssisələrindən məlumat alması hələ mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru