Daha bir azərbaycanlı kriminal öldürüldü

14-08-2020, 00:01           
Daha bir azərbaycanlı kriminal öldürüldü
Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.



Teref.az-ın xəbərinə görə, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.



Avqustun 10-da baş vermiş insident zamanı M.Hüseynov ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb.



Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.



Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var.Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.