Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi haqda qərar veldi?

25-09-2020, 10:16           
Separatçı rejim ermənilərin Qarabağdan təcili təxliyyəsi  haqda qərar veldi?
Azərbaycanın işğal altındakı torpaqlarında qondarma separatçı-terrorçu rejimin qanunsuz “müdafiə nazirliyi” və “təhlükəsizlik xidməti”ndə ermənilərin ərazidən təcili təxliyyəsi haqda sənəd imzalanıb.

Moderator.az xəbər verir ki, bu haqda məlumat erməni mediasında və sosial şəbəkələrdə yayılıb. Sənəddə qondarma rejimin qanunsuz “müdafiə nazirliyi”nin Qarabağdakı ermənilərə təcili evakuasiyaya hazır olmaqları barədə xəbərdarlıq etdiyi bildirilir.

Ancaq məlumatda eyni zamanda iddia edilir ki, guya bu, Azərbaycan hakerləri tərəfindən erməniləri təşvişə salmaq üçün yayılan feyk-xəbərdir. Həmin fikri isə yalnız Ermənistanın informasiya təhlükəsizliyi üzrə eksperti Samvel Martirosyan bildirir. İstər işğalçı ölkənin, istərsə də separatçı-terrorçu rejimin müvafiq qurumları bu xəbəri təkzib edən heç bir bəyanat yaymayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru