ABŞ-da içməli suda beyin yeyən amöb tapılıb

28-09-2020, 08:16           
ABŞ-da içməli suda beyin yeyən amöb tapılıb
ABŞ-ın Texas ştatının Leyk Cekson şəhərində içməli su sistemində beyin yeyən amöb kimi tanınan və insanın sinir sistemini zədələyən ölümcül təhlükəli “Neqleriya Foulera” paraziti aşkarlanıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Tibb işçilərinin verdiyi məlumata görə, bu xəstəliyə adətən çayda çimərkən və ya suya baş vurarkən yoluxulur.

“İnsanın içdiyi suda olanda “Neqleriya Foulera” amöbü infeksiya yaratmır, çünki mədə şirəsi onu məhv edir. Lakin bu parazit burundan insan orqanizminə düşsə, infeksiyaya səbəb olur”, - deyə ekspertlər bildiriblər.

Onların sözlərinə görə, xəstəlik insandan insana keçmir.

O da bildirilir ki, bu parazitə yoluxmanın simptomları arasında qızdırma, mədə bulantısı, qusma və baş ağrısı var. Xəstələnən insanlar bir həftə içində ölür.milletinsesi/













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.