Moskvada COVID-19-dan ölənlərin sayı 6 300 nəfəri ötdü 24-10-2020, 00:34 Moskvada son sutka ərzində koronavirusdan 63 nəfər dünyasını dəyişib."Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 6 312 nəfərə çatıb.Qeyd edək ki, Moskvada 386,9 mindən çox şəxs koronavirusa yoluxub. Onlardan 285,3 mini müalicə olunaraq sağalıb. Facebook-da paylaş