Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb
24-10-2020, 20:02
Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib. Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.