Düşmənin daha bir neçə tankı hərbi qənimət kimi götürüldü

28-10-2020, 16:32           
Düşmənin daha bir neçə tankı hərbi qənimət kimi götürüldü
Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatlarına davam gətirməyən düşmən tanklarını və zirehli texnikalarını döyüş bölgəsində qoyaraq qaçır.

Teref.az report-a istinadən xəbər verir ki, əsgərlərimiz bu günlərdə düşmənin daha 8 tankını (T72) və 1 zirehli texnikasını (BMP) hərbi qənimət kimi götürüb.

Bu hərbi texnikalar Azərbaycan Ordusuna aid olan xüsusi rənglənmədən sonra düşmənin özünə qarşı istifadə ediləcək. Hətta tanklardan birinə Azərbaycanın Milli Qəhrəmanı olan Albert Aqarunovun adı belə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru