Düşmənin qüvvəsi tükəndi - Şuşada döyüşmək üçün onları göndərdilər

30-10-2020, 10:26           
Düşmənin qüvvəsi tükəndi -
Erməni hərbi birləşmələrinin Qarabağda döyüşəcək qüvvəsi qalmayıb.

Publika.az xəbər verir ki, bölgənin ən strateji əhəmiyyətli şəhəri olan Şuşada belə döyüşmək üçün könüllü dəstələr göndərilib.

Bu barədə qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Arayik Arutyunyanın mətbuat katibi Vəhram Poqosyan feysbuk hesabında bildirib. O, paytaxt İrəvan və Ermənistanın digər bölgələrindən dəstələr toplandığını qeyd edib.

Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “prezidenti” Arayik Arutyunyan Şuşada döyüşmək üçün canlı qüvvənin olmadığını, buna görə könüllü dəstələrə ehtiyac olduğunu, Azərbaycan Silahlı Qüvvələrinin Şuşadan 5 km məsafəyə qədər irəlilədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru