İranda aksiyalarda 10 etirazçı öldürülüb

22-09-2022, 12:25           
İranda aksiyalarda 10 etirazçı öldürülüb
İranda davam edən ümumxalq etiraz aksiyalarında polisin açdığı atəş nəticəsində ümumilikdə 10 nəfər öldürülüb.

“Report” “Iran International”a istinadən xəbər verir ki, bu barədə yerli kürd hüquq müdafiə şəbəkəsi məlumat yayıb.

Eyni zamanda qeyd olunub ki, Güney Azərbaycanın Urmiya şəhərində 1-i yeniyetmə olmaqla 3 nəfər qətlə yetirilib.

Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla 24 ostan və şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru