İsrailin Bakıdakı səfiri İrandakı olaylara belə REAKSİYA VERDİ

26-09-2022, 16:40           
İsrailin Bakıdakı səfiri İrandakı olaylara belə REAKSİYA VERDİ
Bu gün biz İran xalqı ilə həmrəyik.

DİA.AZ xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Roş ha-Şana bayramı (yəhudilərin Yeni ili) münasibəti ilə özünün Tvitter hesabında yazdığı təbrikində bildirib.

“Şana Tova! Azərbaycandakı və dünyadakı bütün dostlarımızın Yeni ili mübarək! 5783 il əvvəl ilk insan yaradılmışdır. Bu gün biz qeyd etdiyimiz dəyərlər - insanlıq, bərabərlik və azadlıq uğrunda mübarizə aparan İran xalqı ilə həmrəyik”, - deyə o bildirib.

Qeyd edək ki, yəhudi təqviminə görə, Tişri ayının ilk günündə qeyd olunan Roş ha-Şana bayramı bu il 26 sentyabra təsadüf edir. Bir-birini “Şana Tova” (“Sizə yaxşı bir il olsun”) təbriki ilə başlayan bayramda adət üzrə hədiyyə mübadiləsi aparılır, uzaqda yaşayanlara isə açıqcalar və bağlamalar göndərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru