Əvəz Zeynallı ilə bağlı daha bir MÜRACİƏT

5-10-2022, 17:07           
Əvəz Zeynallı ilə bağlı daha bir MÜRACİƏT
Bir qrup jurnalist, hüquq müdafiəçisi yazıçı və şair Əvəz Zeynallı ilə bağlı ölkə prezidentinə müraciət ediblər.

DİA.AZ xəbər verir ki, onlar ölkə başçısından Əvəz Zeynallının ev dustaqlığına buraxılmasını, ən yaxşı halda isə həbsdən azad edilməsini xahiş ediblər.

Məlumat üçün bildirək ki, “Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da külli miqdarda rüşvət almaq ittihamı ilə tutulub, sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru