İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

29-01-2023, 09:06           
İran MN: “İsfahan şəhərinə dron hücumu olub”
Yanvarın 28-də yerli vaxtla saat 23:30-da İranın İsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.

"Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin iddiasına görə, dronlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digəri isə HHM-in "tələsinə” düşərək partlayıb.

Qurum itkilərin olmadığı və zavoda "əhəmiyyətsiz” ziyanın dəydiyini desə də, sosial şəbəkələrdə zavodda baş verən partlayışın miqyasının böyük olduğu məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru