"Barselona" İspaniya Çempionatında "Alaves" üzərində qələbə qazanıb

24-04-2019, 07:12           
"Barselona" İspaniya Çempionatında "Alaves" üzərində qələbə qazanıb
"Barselona" futbol klubu İspaniya Çempionatının 34-cü turu çərçivəsində "Alaves" üzərində 2:0 hesablı qələbə qazanıb.

Trend-in məlumatına görə, qolları Karles Alenya (55-ci dəqiqə) və Luis Suares (60-cı dəqiqə) vurublar.

"Barselona" 80 xalla turnir cədvəlinə liderlik edir. Onun ən yaxın izləyicisi 68 xalı olan "Atletiko Madrid"dir. Alaves isə 46 xalla 8-ci yerdə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.