"Qarabağ"ın avrokuboklardakı potensial rəqibləri müəyyənləşəcək

13-08-2019, 07:32           
"Qarabağ"ın avrokuboklardakı potensial rəqibləri müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə vəsiqə qazanacaq bütün komandalar müəyyənləşəcək.

"Report" xəbər verir ki, "Qarabağ" - APOEL oyunu ilə yanaşı, III raundun daha 9 cavab matçı keçiriləcək. Həmçinin Avropa Liqasında da eyni mərhələnin 3 görüşü baş tutacaq. Ağdam təmsilçisinin ÇL-in pley-offundakı potensial rəqibləri "Ayaks" və PAOK bu dəfə Hollandiyada üz-üzə gələcəklər. Ötən həftə Yunanıstandakı dueldə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Bu gün Qurban Qurbanvun baş məşqçisi olduğu kollektivin Avropa Liqasındakı potensial rəqibləri də qarşılaşacaq. Ağdam klubu APOEL səddini aşa bilməsə, Avropa Liqasının pley-offunda "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) duelinin güclüsü ilə qüvvəsini sınayacaq. İlk matçda Şimali İrlandiya təmsilçisi rəqibini səfərdə məğlub edib – 2:1.


LASK (Avsrtriya) - "Bazel" (İsveçrə) oyununu isə Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

20:30. "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr)

İlk oyun - 2:1

21:00. "Rusenborq" (Norveç) - "Maribor" (Sloveniya)

İlk oyun - 3:1

21:30. "Dinamo" (Ukrayna, Kiyev) - "Brügge" (Belçika)

İlk oyun - 0:1

22:00. "Kopenhagen" (Danimarka) - "Srvena Zvezda" (Serbiya)

İlk oyun - 1:1

22:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 1:1

22:30. LASK (Avsrtriya) - "Bazel" (İsveçrə)

İlk oyun - 2:1

22:30. "Olimpiakos" (Yunanıstan) - "Başakşehir" (Türkiyə)

İlk oyun - 1:0

22:30. "Ayaks" (Hollandiya) - PAOK (Yunanıstan)

İlk oyun - 2:2

22:45. "Seltik" (Şotlandiya) - ÇFR (Rumıniya)

İlk oyun - 1:1

23:00. "Portu" (Portuqaliya) - "Krasnodar" (Rusiya)

İlk oyun - 1:0

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunları

20:00. "Nomme Kalyu" (Estoniya) - "Düdelanj" (Lüksemburq)

İlk oyun - 1:3

22:45. "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro)

İlk oyun - 2:1

23:00. "Dandolk"(İrlandiya) - "Slovan" (Slovakiya)

İlk oyun - 0:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru