Rəqiblərimizin qorxulu yuxusu ola bilirik - Ərdoğan

15-11-2019, 08:46           
Rəqiblərimizin qorxulu yuxusu ola bilirik - Ərdoğan
Uzun və yorucu səfərdən qayıtmağımıza baxmayaraq, millinin oyununu izləyib, bu anı birgə yaşamaq istədik. Andorra ilə matçımız qalıb. Hazırda Fransa ilə yarışırıq. Onların da Albaniya ilə oyunları var. Bu axşam necə olursa olsun, 1 xal qazandıq.

Teref.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin futbol komandasının Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə bərabərə qaldığı oyunu (0:0) şərh edərkən deyib.

O, bu nəticədən sonra Avro-2020-nin final mərhələsinə vəsiqəni təmin edən Türkiyə yığmasını təbrik edib: "Çox gənc və dinamik komandamız var. Həm müdafiədə, həm də hücumda lazım olduqda anidən hücumlarla rəqiblərimizn qorxulu yuxusu ola bilirik. Buna görə başda Şenol Günəş və məşqçi heyəti olmaqla, idmançılarımızı, federasiyanın prezidentini və nümayəndələri təbrik edirəm. Son görüşdə də qələbə qazanıb, yolumuza davam edək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.