Son dəqiqə: Mourinyonun yeni klubu açıqlandı

20-11-2019, 12:09           
Son dəqiqə: Mourinyonun yeni klubu açıqlandı
“Tottenhem”in yeni baş məşqçisinin kimliyi açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, London təmsilçisini Joze Mourinyo çalışdıracaq. Onunla 2023-cü ilə kimi müqavilə imzalanıb.

56 yaşlı portuqaliyalı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Maurisio Poçettinonu əvəzləyib.

Qeyd edək ki, Mourinyo son olaraq digər Premyer Liqa təmsilçisi “Mançester Yunayted”i çalışdırıb. O, 2018-ci ilin dekabrında istefaya göndərilmişdi.

Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru