AVRO-2020: Azərbaycan yığmasının şərəfini 26 futbolçu qoruyub

21-11-2019, 04:27           
AVRO-2020: Azərbaycan yığmasının şərəfini 26 futbolçu qoruyub
Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsini uğursuzluqla başa vurub.

Apasport.az saytının məlumatına görə, keçirdiyi 8 oyunda cəmi 1 xal toplayan yığmanın şərəfini tsikl ərzində 26 futbolçu qoruyub.

Martda başlayıb, noyabrda başa çatan seçmə mərhələnin qarşılaşmalarında baş məşqçi Nikola Yurçeviç bu qədər oyunçuya güvənib. Bu oyunçulardan yalnız ikisi tsiklin bütün matçlarında meydana çıxıb.

Ramil Şeydayev millinin yeganə əvəzolunmaz simasıdır. Hücumçu 8 görüşün hamısında 90 dəqiqə meydanda olub. Bütün oyunların iştirak edən Qara Qarayev isə dəqiqə baxımından geri qalır. Şəhriyar Rəhimov isə mərhələnin 7 matçında meydana çıxıb.

Bu heyətdə iki qapıçı var ki, onların hərəsi 4 oyunda şans qazanıb. Səlahət Ağayev 12, Emil Balayev 6 qol buraxıb.

Cəmi 5 qol vuran millinin bombardirləri Mahir Emreli ilə Ramil Şeydayevdir. Onlar hərəyə 2 dəfə fərqləniblər. Bir qol isə Təmkin Xəlilzadənin hesabındadır.

Tsikl ərzində qırmızı vərəqə almayan futbolçularımız 24 xəbərdarlıqla cəzalanıb. Dmitri Nazarov hamıdan çox – üç dəfə önündə sarı vərəqə görüb.

Qeyd edək ki, yığmanın oyunlarında 1 avtoqol vurulub. Pavel Paşayev Uelslə görüşdə öz qapımızı nişan alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.