“Qalatasaray” Çempionlar Liqasında PSJ-nin qonağı olacaq

11-12-2019, 03:42           
“Qalatasaray” Çempionlar Liqasında PSJ-nin qonağı olacaq
Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, son oyun günündə 8 qarşılaşma keçiriləcək.

A, B, C və D qruplarında mübarizəyə yekun vurulacaq. 1/8 final mərhələsinə son iki vəsiqənin də sahibi müəyyənləşəcək.

C qrupunda ikinci yer üçün üç komanda mübarizə aparacaq. “Mançester Siti”ni qəbul edəcək Zaqreb “Dinamo”su digər görüşün də nəticəsini gözləyəcək. Həmin matçda “Şaxtyor” “Atalanta” ilə üz-üzə gələcək.

D qrupunda isə “Bayer”lə “Atletiko” ikinci yerin sahibini qiyabi dueldə müəyyənləşdirəcək. Sonuncular evdə “Atletiko”, almaniyalılar isə “Yuventus”la ev oyununa çıxacaq.

Avropa Liqasına yollanacaq 4 komanda da bu 8 qarşılaşmadan sonra bilinəcək. Qonşu Türkiyə təmsilçisi “Qalatasaray”ın da taleyinə aydınlıq gələcək.

A qrupunun autsayderinin taleyi öz əlində deyil. İstanbul təmsilçisi Fransada PSJ-ni məğlub etməli, “Brügge”nin “Real”la matçıdakı xal itkisini gözləməlidir.

Qeyd edək ki, VI turun oyunları dekabrın 10-da keçirilib.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
11 dekabr

A qrupu
00:00. “Brügge” (Belçika) - “Real” (İspaniya)
00:00. PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə)

B qrupu
00:00. “Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə)
00:00. “Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya)

C qrupu
21:55. “Dinamo” (Z, Xorvatiya) – “Mançester Siti” (İngiltərə)
21:55. “Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya)

D qrupu
00:00. “Bayer” (Almaniya) - “Yuventus” (İtaliya)
00:00. “Atletiko” (İspaniya) - “Lokomotiv” (Rusiya)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.