İngilis klubu türk oyunçuya yeni müqavilə təklif etdi
11-12-2019, 08:01
"Lester" türk futbolçusu Çağlar Söyüncünün müqaviləsini yeniləməyə hazırlaşır.
Publika.az xəbər verir ki,23 yaşlı oyunçunun 2023-cü ilin yayına kimi olan sözləşməsini daha 2 il - 2025-ci ilin iyununun 30-na kimi uzatmaq istəyir. Türkiyəli müdafiəçinin həftəlik gəlirinin 75 min funta qaldırılacağı da bildirilib.