Yunan hakimlər turu boykot etdilər

14-12-2019, 07:33           
Yunan hakimlər turu boykot etdilər
Futbol üzrə Yunanıstan çempionatının XVIII turu təxirə salına bilər.

Buna səbəb hakimlərin turu boykot etməyə qərar verməsidir.

Super Liqa matçlarını idarə edən ədalət təmsilçiləri qarşıdakı turun görüşlərinə çıxmaqdan imtinanı zəruri sayıblar. Son vaxtlar şiddət dolu təhqir, tənqid və hədə-qorxularla üzləşən referilər qorunmadıqları üçün belə addım atıblar.

Hələlik Yunanıstan Futbol Federasiyası və Super Liqa rəhbərliyi məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, 2020-ci il yanvarın 13-də keçirilməli olan turun mərkəzi oyununda PAOK və AEK üz-üzə gəlməlidir.//APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru