Vasif Talıbov yeni vəzifəyə gətirildi

15-12-2019, 00:00           
Vasif Talıbov yeni vəzifəyə gətirildi
Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamıza yeni baş məşqçi təyin olunub.


Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, bu vəzifəyə Vasif Talıbov gətirilib. 7-12 yanvar 2020-ci il tarixlərində Hollandiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində Famil Ağayev və Eldar Yusubov isə yığma komandanın köməkçi məşqçiləri kimi seçiliblər.


Qeyd edək ki, hər üç məşqçi, voleybol üzrə qadınlar arasında keçirilən Azərbaycan Çempionatı “Super” liqa yarışlarında mübarizə aparan klublarda baş məşqçi kimi fəaliyyət göstərirlər. Vasif Talıbov “Murov”, Famil Ağayev “Azərreyl”, Eldar Yusubov isə “Abşeron” voleybol klubunun baş məşqçiləridirlər.


Milli komandamıza yeni təyin olunmuş baş məşqçi Talıbov Vasif Rahib oğlu 1973-cü ildə Masallı rayonunda anadan olub. 1991-ci ildə SSRİ-nin gənclərdən ibarət yığma komandasının tərkibində Yeniyetmələr arasında Olimpiya çempionu olub. O, voleybol üzrə kişilərdən ibarət Milli yığma komandamızın üzvü olmaqla bərabər Azərbaycan, Türkiyə, İran və Ukrayna klublarında çıxış edib. 2004-cü ildən məşqçilik fəaliyyətinə Ukraynanın Vinnitsa şəhərinin klublarında köməkçi məşqçi, baş məşqçi vəzifələrində çalışmağa başlayıb.


Məşqçilik fəaliyətində uğurlu nəticələrini nəzərə alaraq 2013-cü ildə V.Talıbov Bakıya dəvət alıb və “Telekom” voleybol klubunun baş məşqçisi təyin edilib. 2014-cü ildə isə avropada, dünyada öz sözünü demiş, dəfələrlə Azərbaycan Çempionu olmuş və klublar arasında keçirilən Dünya Çempionatının qızıl medalçısı olan Rabitə klubunda dünyaca məşhur məşqçi Zoran Qayiçın yanında ikinci məşqçi olaraq çalışıb. 2017-2018-ci illərdə Vasif Talıbov Ukraynanın kişilərdən ibarət “Vinnitsa” voleybol komandasının baş məşqçisi olub. \t\Demokratшаблоны для dle 11.2










 

 




Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.