Həbiblə döyüşə spirtli içki içib çıxıbmış - Məşhurdan etiraf
14-01-2020, 14:35
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə keçmiş çempionu Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla döyüşdən öncə spirtli içki qəbul etdiyini etiraf edib. “Yeni Sabah” xəbər verir ki, irlandiyalı döyüşçü görüşdən 1 həftə əvvəl spirtli içki içdiyini açıqlayıb:
"Səhv etdim. Döyüşdən 1 həftə əvvəl içki qəbul etdim. Amma mən bunu etiraf edəcək və səhvimi düzəldəcək qədər cəsuram".
Qeyd edək ki, Makqreqor çıxdığı 25 döyüşdən 21-də qalib gəlib. O, 2018-ci ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.