Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı son qərar gələn ilin yazında qəbul ediləcək

5-06-2020, 13:45           
Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı son qərar gələn ilin yazında qəbul ediləcək
Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı son qərar gələn ilin yazında qəbul ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu Kyodo agentliyinə “Tokio-2020” Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin vitse-prezidenti Toşiaki Endo deyib. O bildirib ki, bu, dünyada koronavirus infeksiyasının yayılmasının səviyyəsindən asılı olacaq: “Əvvəlcə, 2021-ci ilin martında komandaların tərkibi ilə bağlı qərar verməliyik. Eyni zamanda, təşkilat komitəsi olimpiada ilə əlaqədar müəyyən qərarlar qəbul edəcək. Funksioner qeyd edib ki, Oyunların ləğvi barədə danışmaq hələ tezdir”.

Kyodo xəbər agentliyinin cümə axşamı verdiyi məlumata görə, “Tokio-2020” təşkilat komitəsinin rəhbəri Yoşiro Mori və Tokio qubernatoru Yuriko Koike koronavirus pandemiyası ilə əlaqədar oyunları sadələşdirməklə bağlı əməkdaşlıq edəcəklərini təsdiqləyiblər. Bundan əvvəl Y.Koike bildirib ki, müxtəlif variantlar nəzərdən keçirilir. Bu ərəfədə nüfuzlu “Yomiuri Shimbun” qəzeti hökumətin yarışları tam formatda keçirmək niyyətində olduğunu, lakin hələ də davam edən koronavirus pandemiyasına görə Oyunların sadələşdirilmiş variantda təşkilinin müzakirə edildiyini bildirib. Bununla əlaqədar stadionlardakı tamaşaçıların sayının azaldılacağı da qeyd edilib. Mənbələrə görə, Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak edənlərin sayı azaldıla bilər. Stadionlarda tamaşaçı sayına da məhdudiyyət qoyulacaq. Yaponiya tərəfi yalnız idmançılar və komanda üzvləri üçün deyil, bütün azarkeşlər üçün də koronavirusa görə məcburi testin keçirilməsi variantını nəzərdən keçirir.

Tokio Olimpiadası 2020-ci ildə iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarışlar bir il təxirə salınıb. Yeni qaydaya görə 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Qeyd edək ki, indiyə qədər atletika, üzgüçülük, qadın güləşi, sərbəst güləş, bədii gimnastika, qrup hərəkətləri üzrə komanda, güllə atıcılığı, idman gimnastikası, şose velosipedi, taekvondo, boks növlərində atletlərimiz Tokio Olimpiadasına 13 lisenziya əldə ediblər. Daha iki idmançımız - karateçilərimiz İrina Zaretska (+61 kq) və Rafael Ağayev (75 kq) reytinq xallarına görə olimpiadaya vəsiqə qazanmış hesab olunurlar. Bu idman növündə lisenziya yarışları başa çatdıqdan sonra olimpiadaya vəsiqə qazanmış idmançıların adları açıqlanacaq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.