"Sevilya" qalib gəlib, "Valensiya" məğlub olub

13-07-2020, 03:19           
"Sevilya" qalib gəlib, "Valensiya" məğlub olub
İspaniya La Liqasında XXXVI tur davam edir.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 4 oyun keçirilib.

“Valensiya” səfərdə “Leqanes”ə uduzub. “Levante” isə öz meydanında “Atletik”dən xal ala bilməyib.

“Espanyol”un qonağı olan “Eybar” iki cavabsız qolla üç xal əldə edib. Günə “Sevilya” və “Malyorka” arasında duellə yekun vurulub. Hər hissədə bir qol vuran sevilyalılar növbəti qələbəsini əldə edib.

Qeyd edək ki, turun son matçları iyulun 13-də keçiriləcək.

İspaniya La Liqası
XXXVI tur
12 iyul
“Leqanes” – “Valensiya” – 1:0
Peres, 18 (pen.)
“Levante” – “Atletik” – 1:2
Bardyi, 71 – Qarsia, 4, 45
“Espanyol” – “Eybar” – 0:2
Espozito, 25 (pen.), 36
“Sevilya” – “Malyorka” – 2:0
Okampos, 41 (pen.), En-Nasiri, 84












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru