"Mançester Yunayted" 17 yaşlı serbiyalını 12 milyon avroya alacaq

15-08-2020, 05:58           
"Mançester Yunayted" 17 yaşlı serbiyalını 12 milyon avroya alacaq
"Mançester Yunayted" "Partizan"ın gənc hücumçusu Filip Stevanoviçlə müqavilə imzalayacaq.

"Report" xəbər verir ki, 17 yaşlı hücumçunun transferi mankunianlılara 12 milyon avroya başa gələcək.

Futbolçu 2020/21 mövsümünü icarə əsasında "Partizan" da keçirəcək. Ötən mövsüm Stevanoviç Avropa Liqasının qrup mərhələsində "qırmızı şeytanlar" a qarşı oynayıb.

Stevanoviç Serbiyanın son çempionatında 25 oyun keçirib və 8 qol vurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.