"Barselona"dan "Mançester Yunayted"ə?

30-09-2020, 00:02           
"Barselona"dan "Mançester Yunayted"ə?
“Barselona”nın futbolçusu Usman Dembele karyerasını “Mançester Yunayted”də davam etdirməyə yaxındır.

Qol.az AS-a istinadən xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. İngiltərə təmsilçisininin 23 yaşlı hücumçu üçün Kataloniya klubuna 50 milyon avrodan çox məbləğdə ödəniş edəcəyi bildirilib.

Xəbərdə o da qeyd olunub ki, “Barselona” fransalı oyunçunun transferindən gələn gəliri “Lion”dan Memfis Depayın keçidi üçün xərcləyə bilər.

Xatırladaq ki, U.Dembele La Liqa klubuna 2017-ci ildə Dortmund “Borussiya”sından keçib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.