AFFA: “AVRO-2020-nin Bakıdan alınacağına dair rəsmi məlumat yoxdur”

16-10-2020, 10:03           
AFFA: “AVRO-2020-nin Bakıdan alınacağına dair rəsmi məlumat yoxdur”
AVRO-2020-nin oyunlarının Bakıdan alınması ilə bağlı hər hansı bir rəsmi məlumat yoxdur”.

Bu barədə apasport.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Böyük Britaniyanı “Sun” nəşrinin koronavirus pandemiyası, həmçinin Dağlıq Qarabağda baş verən hadisələrə görə Avropa çempionatının Bakıdan alınma ehtimalına münasibət bildirən qurum rəsmisi hazırda bunun gündəmdə olmadığını söyləyib: “Bu günlərdə UEFA prezidenti Aleksander Çeferin açıqlamasında qeyd etmişdi ki, AVRO-2020-nin keçiriləcəyi şəhərlərin siyahısı ilə əlaqədar hansısa dəyişiklik yoxdur. Bildirmişdi ki, koronavirus pandemiyasının və son vaxtlar Azərbaycanda Dağlıq Qarabağ məsələsi ilə bağlı baş verən prosesləri yaxından izləyirik. Hər hansı bir oyunun Bakıdan və ya başqa bir şəhərdən alınacağına dair rəsmi məlumat yoxdur”.

Qeyd edək ki, 12 ölkədə keçirilməli olan AVRO-2020 koronavirus səbəbindən 2021-ci ilə təxirə salınıb. Yarışın 1 ölkənin 4 stadionunda keçirilməsi variantı da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru